Yerevan qəti sürətdə kompromisə getmək fikrində deyil

Yerevan qəti sürətdə kompromisə getmək fikrində deyil

"Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan və baş nazir Nikol Paşinyanın bu ölkənin xarici dövlətlərdə fəaliyyət göstərən  səfirləri və diplomatlarının Yerevanda keçirilən toplantısında Qarabağla bağlı qeyd etdikləri danışıqların aparılmasına rəvac vermir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, rəsmi Bakı daima sülhün və danışıqlara sadiq olduğunu bəyan edib: "Ancaq Ermənistanın bu siyasəti Azərbaycanın alternativ variantlara əl atmasını şərtləndirən bilər. Demək olar ki, həm N.Paşinyan, həm də Z.Mnatsakanyan Qarabağla bağlı ardıcıl olaraq separatçıları danışıqlarda tərəf kimi qabardır və "müstəqillik" kimi avantürist ideyalarını qırmızı cizgi kimi vurğulayırlar. Göründüyü kimi rəsmi Yerevan qəti sürətdə kompromisə getmək fikrində deyil. Çünki, Paşinyan Rusiyaya reverans edir. Ona görə də işğal olunmuş ərazilərin boşaldılması üzrə bütün danışıqların detalları qapadılıb". 
Politoloq qeyd edib ki, Azərbaycanın Türkiyə və bəzi qərb ölkələri ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsi Ermənistanı ciddi şəkildə narahat edir: "Aydın olur ki, rəsmi Yerevan Qarabağla bağlı siyasətdə dayaqlarını zəiflədir. Yalnız Moskvanın dəstəyi ilə işğalı süründürür. Nə ABŞ, nə də Avropa Ermənistanı Qarabağ məsələsində dəstəkləmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31