Ermənistan Moskva və Vaşinqton danışıqlarını fiaskoya uğradıb
Ermənistan Moskva və Vaşinqton danışıqlarını fiaskoya uğradıb
27 Avqust 2019 13:39 Siyasət"ATƏT -in Minsk qrupunun həmsədrləri növbəti dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlanlaşdırır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan tərəfi Moskva və Vaşinqton danışıqlarını demək olar ki, fiaskoya uğradıb: "Həmsədrlər yeni görüş təşkil etməklə danışıqlara impuls vermək və ilin axırına kimi prosesdə görüntü yaratmağa çalışacaqlar. Minsk qrupunun həmsədrləri Yerevanın son aylarda danışıqlara zərbə vuran bəyanatlarına demək olar ki, reaksiya verməyiblər. Halbuki həmsədrlər mütləq şəkildə Yerevanın bu kəskin artırılmasına qarşı hərəkətə keçməli idilər".
Politoloq deyib ki, məhz ilin axırı yaxınlaşmasından dolayı sadəcə həmsdərlərin yenidən dirilərək, guya danışıqları bərpa etməklə özlərinin reklamını edəcəklər: "Ümumiyyətlə Yerevanda həmsdərlərin fəaliyyətindən razıdırlar. Azərbaycan tərəfi BMT-də Qarabağ məsələsini qaldırmalı, prosesi siyasi və hərbi istiqamətdə irəllətməlidir".