Azərbaycan, Türkiyə və Gürcüstan komanda-qərargah təlimi başlayır
Azərbaycan, Türkiyə və Gürcüstan komanda-qərargah təlimi başlayır
27 Avqust 2019 13:29 SiyasətSentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2019" kompüter dəstəkli komanda-qərargah təlimi başlayır.
"OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.
Təlim sentyabrın 6-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31