Dünyanın nəzər diqqəti Moskvada
Dünyanın nəzər diqqəti Moskvada
27 Avqust 2019 13:22 Siyasət"Bu gün dünyanın gözü həqiqətən də Moskvadadır. Çünki Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında bu gün Moskvada olduqca gərgin müzakirələr gözlənilir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, bəzi proqnozlardan fərqli olaraq iki dövlət başçısı yalnız Suriyanın İdlib vilayətində baş verən son prosesləri deyil, Türkiyənin Krımı Rusiya ərazisi kimi tanımayacağı ilə bağlı Ərdoğanın məlum açıqlamasını, habelə S400-lərlə bağlı yaranmış son durumu da müzakirə edəcəklər: "Göründüyü kimi prezidentlərin gündəliyində yer alan məsələlərin miqyası kifayət qədər geniş və problematikdir. Ancaq sözügedən məsələlərlə bağlı tərəflər arasında son vaxtlar ortaya çıxan bir sıra anlaşılmazlıqlara və fikir ayrılıqlarına baxmayaraq Rusiya ilə Türkiyə hazırda strateji müttəfiqlik münasibətlərindən geri çəkilmək, mövqelərini və düşərgələrini dəyişmək fikrində deyil. Başqa sözlə desək, Türkiyə yenidən Rusiya ilə ABŞ arasında seçim etməyə tələsmir. Odur ki, bugünki görüşdən sonra bölgənin və dünyanın geopolitik dizaynında hər hansı bir ciddi dəyişikliklərin baş verəcəyi də gözlənilmir".