Səfir Surinam Respublikasının rəsmiləri ilə görüşdü

Səfir Surinam Respublikasının rəsmiləri ilə görüşdü

Respublikasının Surinam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxov, ölkənin paytaxtı Paramaribo şəhərində, Surinam Respublikasının Xarici işlər naziri Yldiz Pollack-Beighle ilə, Təhsil naziri Lillian Ferrier və ölkə Parlamentinin spikeri jennifer Geerlings-Simonsla görüşlər keçirmişdir.

Olaylar.az bildirir ki, keçirilən görüşlər zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə toplantısına dəvət məktubunun əslini təqdim etmiş və qarşı tərəf məktubu məmnuniyyətlə qəbul edərək, tədbirdə iştirak edəcəklərini bildirmişlər.

Bundan başqa, görüşlərdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə yanaşı, təhsil sahəsində də əməkdaşlıq məsələləri müzakirə edilmiş, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatlarına üzv ölkələrin vətəndaşları üçün təqaüd proqramları haqqında da ətraflı məlumat verilmişdir.

Bundan əlavə, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmsöhbətlərini məlumatlandırmışdır.

Parlamentin spikeri ilə görüşdə, Parlament diplomatiyası, Parlametlərarası əlaqələrin inkişafı məsələləri ətraflı müzakirə edilmişdir.

Tərəflər iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsi üçün daha intensiv iş aparılmasında qarşılıqlı razılığa gəlmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31