Baş katib azərbaycanlı deputatlarla görüşüb
27 Mart 2013 11:54 SiyasətEkvadorda keçirilən Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak edən Azərbaycan nümayəndə heyəti bu qurumun baş katibi Andres Consonla görüşüb. Görüş zamanı PAİ ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə mövzusu olub. Nümayəndə heyətinin üzvü deputat Fuad Muradovun "Olaylar"a verdiyi məlumata görə, görüş zamanı Azərbaycanın PAİ ilə əməkdaşlığa böyük önəm verdiyi vurğulanıb. Nümayəndə heyətinin üzvləri Azərbaycanda gedən ictimai-siyasi prosesləri, ölkədə aparılan islahatları və onun uğurlu nəticələrini baş katiblə müzakirə ediblər. A. Conson Azərbaycanla əməkdaşlğın artıq uzun illərdir davam etdiyini bildirib və əməkdaşlıqdan məmnun oldğunu görüş iştirakçılarının nəzərinə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00