“Müdafiə Nazirliyinin rəsmi açıqlanması var və bu hər kəsi qane etməlidir”

“Müdafiə Nazirliyinin rəsmi açıqlaması var və bu hər kəsi qane etməlidir”

"Bu günlərdə qəzaya uğrayan MİQ-29 döyüş təyyarəsi ilə bağlı sosal şəbəkələrdə müxtəlif çaşdırıcı  fikirlərin müzakirəsini məqsədəuyğun  hesab etmirəm." Bu barədə  Olaylar.az-a açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, ekspert Bəhruz Quliyev deyib.

O qeyd edib ki, ilk növbədə heç kim hadisədən, təbii fəlakətdən sığortalanmayıb: "Bu hadisənin təfərrüatına gəldikdə isə  bu barəfə Müdafiə Nazirliyinin rəsmi açıqlanması var və bu hər kəsi qane etməlidir.  Çünki bəzi qruplar ictimai fikri çaşdırmaq üçün dövriyyəyə müxtəlif  fikirlər atıb, müzakirələr açırlar. Bu isə kimlərinsə maraqlarına xidmət edir və ordumuz, dövlətimiz haqqında  mənfi fikir yaratmaq məqsədi daşıyır." 

Ekspert onu da qeyd etdi ki, xüsusilə bu mövzunun müzakirəsi  anti-azərbaycan qüvvələrin, ölkəmizə qarşı kampaniya aparan qrupların marağındadır: "Amma yaddan çıxarmaq lazım deyil ki, torpaqlarımız işğal altındadır və döyüş vəziyyətində olan bir ölkənin vətəndaşı hərbi məlumatların müzakirəsində ehtiyatla davranmalıdır. Belə hadisələr kiminsə siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik."

Ordunu gözdən salmağa çalışırlar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31