Pilotun dəfn mərasimini siyasiləşdirmək cəhdləri yalnız şeytani xislətli siyasi qüvvələrin ağlına gələ bilərdi

Pilotun dəfn mərasimini siyasiləşdirmək cəhdləri yalnız şeytani xislətli siyasi qüvvələrin ağlına gələ bilərdi

"Şəhid pilotumuz Rəşad Atakişiyev torpağa tapşırıldı. Nur içində yatsın. Ancaq burada bir incə məqamı da qeyd etmək vacibdir və düşünürəm ki, bu həm də bir vicdan məsələsidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri onu da bildirib ki, ötən gün mərhum pilotumuzun qaynatası politoloq Qabil Hüseynlinin ictimaiyyətə məlum müraciətinə də, anlayışla yanaşmaq olardı: "O, öz müraciətində sadəcə olaraq müxtəlif siyasi partiya üzvlərindən və siyasi qruplardan bu gün keçirilən vida mərasiminə qatılmamağı xahiş etdi. Çünki tanınmış politoloq müəyyən şəxslərin R.Atakişiyevlə vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusundan xəbərdar idi".

Əlisahib Hüseynov onu da deyib ki, pilotun vida və dəfn mərasimini siyasiləşdirmək cəhdləri yalnız şeytani xislətli siyasi qüvvələrin ağlına gələ bilərdi: "Mən bəzi müxaliflərin sosial şəbəkələrdə bu mərasimlə bağlı sarkazmla dolu paylaşımlarından heyrətə gəldim. Adamlar o dərəcədə azğınlaşıb və mənəviyyatsızlaşıblar ki, hətta bir pilotumuzun başına gələn faciəli qəzadan da öz iyrənc siyasi məqsədləri üçün yararlanmağa çalışırlar. Pilotumuzun doğmaları və eləcə də bütün vətənpərvər insanlarımız dərin bir hüzn içərisində ikən, bəzi siyasi partiyaların isə bunun ətrafında şou düzəltmək cəhdləri doğrudan da yolverilməzdir və siyasət adına böyük bir ayıbdır. İnsanları siyasətdən iyrəndirməyin, bəylər".

Şəhidimizin dəfnindən siyasi məqsədlər üçün yararlanmaq istəyənlər var idi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31