Şəhidimizin dəfnindən siyasi məqsədlər üçün yararlanmaq istəyənlər var idi
Şəhidimizin dəfnindən siyasi məqsədlər üçün yararlanmaq istəyənlər var idi
21 Avqust 2019 16:45 Siyasət"Bu gün şəhid pilotumuz dəfn olundu. Amma dünən yayılan informasiyalar çox utancverici idi". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov deyib ki, şəhidimizin dəfnindən siyasi məqsədlər üçün yararlanmaq istəyənlər var idi: "Yeri gəlmişkən biz bu kimi hallarla qarşılaşmışıq. Jurnalist Elmar Hüseynovun dəfnini xatırlatmaq istərdim.Görünür ona görə də şəhidimizin yaxınları məlum bəyanatı yaymaq zorunda qaldılar".
Təşkilat sədri daha sonra bunları qeyd edib: "Doğrudanmı bütün dəyərlərimizi itirmişik?. Doğrudanmı siyasət hər şeydən üstündür?. Gəlin şəhidimizi və ailə üzvlərini rahat buraxaq. Şəhidlərimiz baş tacımızdır. Allah rəhmət etsin".