Ermənilər İvanişvilidən Samtsxe-Caveaxetiyada insanların yalnız erməni dilində danışmasını tələb edirlər - POLİTOLOQ

Elxan Şahinoğlu: “Bidzina İvanişvili ermənilərə güzəştə getsə, Gürcüstanın dövlət müstəqilliyi sual altında qalacaq”

Amerika Erməni Milli Komitəsi (AEMK) ABŞ Konqresinə Ağ Ev tərəfindən Gürcüstana ayrılan bütün vəsaitlərin 10%-ni "tarixən ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxetiya bölgəsinə" yönəltmək barədə müraciət edib. Politoloq Elxan Şahinoğlu hesab edir ki, Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstanda yaşayan ermənilərin separatçılıq fəaliyyətləri xeyli məhdudlaşdırılmışdı: "Separatizmlə məşğul olan bir neçə erməni lideri həbs olunmuşdu. Lakin İvanişvili hakimiyyətə gəldikdən sonra ermənilərin separatçılıq meyilləri yenidən baş qaldırmağa başlayıb. Gürcüstan ermənilərinin yenidən müstəqillik arzuları baş qaldırıb və hakimiyyətdən muxtariyyət tələb edirlər. Hətta rəsmi Tiflisdən tələb edirlər ki, öz bölgələrindəki insanlar yalnız erməni dilində danışsınlar. Sonuncu fakt bir daha onu göstərdi ki, Gürcüstanda erməni separatizmi getdikcə təhlükəli hal almağa başlayır. Bu faktor İvanişvilinin özünə problem yaradacaq. Ermənilərin irəli sürdükləri iddialar həyata keçirilsə Gürcüstanın vəziyyəti daha da ağırlaşacaq. Ermənilərin bu istəkləri İvanişvili Gürcüstanın Rusiyaya inteqrasiya siyasətinin bir hissəsidir. İvanişvili ermənilərə güzəştə getsə Gürcüstanın dövlət müstəqilliyi sual altında qalacaq" ("OLAYLAR" İA)   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00