Bəşər Əsədin ən böyük səhvi

Vəfa Quluzadə: “Suriyada artıq yeni hakimiyyət – Suriya Azadlıq Ordusundan olan nümayəndələr vasitəsilə hökumət formalaşdırılır”

"Suriyadakı vətəndaş müharibəsi qlobal fəlakətə çevrilir. Hazırda Əsəd iranlılardan, "Əl-Qaidə" ilə bağlı bəzi elementlərdən, "Hizbullah"dan və Rusiya vasitəsilə gələn yardımı alır. Bu vəziyyət suriyalılar, bölgə və bütövlükdə dünya üçün təhlükə ola bilər. ABŞ prezidenti Barak Obama Suriya liderinin planlarına mane olmaq fikrindədir". ABŞ dövlət katibi Con Kerri Avstraliya XİN başçısı Bob Karla görüşdən sonra belə bildirib. Bəşər Əsədin Suriyanı tamamilə məhv etdiyini deyən politoloq Vəfa Quluzadənin sözlərinə görə Suriyada artıq yeni hakimiyyət - Suriya Azadlıq Ordusundan olan nümayəndələr vasitəsilə hökumət formalaşdırılır: "Hakimiyyət başına Amerikada doğulmuş suriyalı kürd gətirlir. Həmin adam müxalif qüvvələrin birinci şəxsidir. Suriyada vətəndaş müharibəsi sona doğru gedir. Bəşər Əsədin ən böyük səhvi müxaliflərlə olan müharibəni öz xalqına doğru çevirməyi oldu. Minlərlə insan qətlə yetirildi, ölkə tamamilə dağıdıldı və Əsədin özü də məhv olmağa məhkumdur. Onu ya güllələyərək öldürəcəklər, ya intihar edəcək, ya da ki, müxaliflər onu əsir alaraq öldürəcəklər. Bütün hallarda Bəşər Əsədi ölüm gözləyir, onun bundan başqa çıxış yolu qalmayıb" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00