Van-İrəvan reysinə qarşı kampaniya başladı-Eksklüziv
18 Mart 2013 17:15 SiyasətBeynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi Van-İrəvan təyyarə reysinin açılmasına qarşı kampaniyaya start verib. Bu barədə "OLAYLAR"-a açıqlama verən dərnəyin sədri Göksəl Gülbəy deyib ki, kampaniya çərçivəsində ASİM-DER üzvləri internet vasitəsilə Türkiyə hökumətinə şikayət məktubu göndərirlər. Van-İrəvan təyarə reysinin açılmasını mənfi hal kimi qiymətləndirən ASİM-DER rəhbəri deyib ki, Van ermənilər üçün çox önəmlidir: "Uzun illərdir ki, Van xalqını buna hazır edirlər. Akdamar kilisəsinin açılışı, erməni vəqflərinin təşkilatçılığı ilə Vanda yaşayan kürd xalqının adına mülklərin alınması və s. bu fəaliyyətlərdən sayıla bilər". Göksəl Gülbəy deyib ki, hazırda Vanda kürd adı altında 100 minə yaxın erməni yaşayır. Ermənilər bunu nə qədər gizli saxlamağa cəhd etsələr də, Van xalqı onları gözəl tanıyır. Ona görə də Van-İrəvan təyyarə reysinin açılması təsadüfi seçilməyib".