Sərdar Cəlaloğlu Rusiya imperiyasına oxşayır - AÇIQLAMA

Mirzə Sakit: “Sərdar Cəlaloğlu acınacaqlı vəziyyət yaranan kimi öz müttəfiqinin arxasından qaçır”

"Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyini irəli sürməsi "Qarabağ" blokunda təmsil olunan ADP tərəfindən narazılıqla qarşılanıb. "Ümid Partiyasının bu qərarı ADP üçün gözlənilməz olub. Düzdür, bir müddət əvvəldən İqbal Ağazadənin prezidentliyə namizəd olacağı söylənilirdi, ancaq bu barədə gözlənilmədən qərar vermək müttəfiqlər arasında problem yaradıb. Çünki "Qarabağ" seçki bloku olmasa da, yaradılan gündən hədəfinin 2013-cü il prezident seçkiləri olduğu bəyan edilmişdi". "Reytinq" qəzeti bu cür yazır. Məsələyə münasibət bildirən satirik şair Mirzə Sakitin sözlərinə görə blok siyasi proseslərdə olduqca passivlik nümayiş etdirir: ""Qarabağ" bloku adlı birlik yoxdur. Qurum sadəcə olaraq adi quru addan başqa bir şey deyil. Sərdar Cəlaloğlu cığal siyasətçidir, o heç vaxt öz müttəfiqini sona qədər dəstəkləmir. Sərdar bəyin xüsusiyyəti Rusiya imperiyasına bənzəyir, acınacaqlı vəziyyət yaranan kimi öz müttəfiqinin arxasından qaçır. "Qarabağ" bloku ölüb və dəfn edilib, heç yasına da gələn yoxdur" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00