GAMOH-dan istefa məsələsinə açıqlama gəldi

"Son günlər GAMOH -dan kütləvi istefalar barədə yayılan məlumatların heç bir əsası yoxdur". Bu barədə GAMOH-dan verilən məlumata görə, bu təşkilat ardıcıl tarixi zəfərlər əldə etdikcə Türk dünyasının düşmənləri olan dövlətlər və qurumlar təxribat və dağıdıcı məlumatlatların sayını artırırlar. GAMOH İdarə Heyəti bildirir ki, istefası barədə məlumat yayılan Bakı sakini Hatəm Şahsevən adlı şəxs bu təşkilatın üzvü olmayıb, onun qurultayında və digər tədbirlərində iştirak etməyib. Ona görə, GAMOH-a aidiyyatı olmayan şəxsin istefası barədə heç bir fikir söylənilə bilməz. Hazırda İdarə Heyəti tərəfindən Leyla xanımla aparılan danışıqlar başa çatmayıb. Ona görə də onun barəsində konkret qərar qəbul edilməyib. Aydan bəy Qaraxanlının istefası barədə İH-yə heç bir müraciət daxil olmayıb. Hüseyn bəy Təbrizli və Elyar bəy Təbrizli törətdikləri əməllərə görə İH-dən xaric edilmələri barədə danışıqların getdiyini eşidərək istefaları barədə məlumat yayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00