Azərbaycan hakimiyyəti Van ilə İrəvan arasında təyyarə reysinin açılması məsələsinə münasibət bildirdi
18 Mart 2013 12:38 Siyasət"Ermənistan dövləti və Dağlıq Qarabağda yaranmış separatçı rejimlə hər hansı təmasa qısqanclıqla yanaşırıq. Xüsusən də o təmas bizim dost dövlətlət tərəfindən olanda". Bunu Van ilə İrəvan arasında təyyarə reysinin açılması məsələsinə münasibət bildirərkən Prezident Administrasyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu ölkə ilə istənilən təmasa onun gücləndirilməsi faktoru kimi yanaşır: "Bu isə işğal faktını uzadır. Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması prosesini uzadır. Ona görə də Ermənistanla istənilən əlaqələrə, sərhədlərin açılmasına, bu ölkə ilə gediş-gəlişin intensivləşdirilməsinə, bu dövlətin siyasi, iqtisadi strukturları ilə hər hansı əlaqələrin qurulmasına Azərbaycan ictimaiyyəti və hakimiyyəti birmənalı şəkildə mənfi yanaşır. Bunu bizim dost dövlət rellaşdıranda, strateji maraqları Azərbaycanla üst-üstə düşən dövlətlər və qurumlar tərəfindən rellaşdırılanda buna biz daha qısqanclıqla yanaşırıq. Bu təkcə bizim deyil, eyni zamanda Türkiyə ictimaiyyətinin də münasibətidir". Şöbə müdiri əlavə edib ki, bir müddət öncə türkiyə ilə Ermınistan arasında sərhədlərin reallaşdırılması sahəsində həyata keçirilən separatçı fəaliyyət nə Türkiyənin rəsmi dairələri, nə ictimaiyyət, nə də siyasi partiyalar tərəfindən dəstəklənmədi: "O cümlədən, Azərbaycan iqtidarı və ictimaiyyəti də buna mənfi münasibət bəslədi. Bu halda da Van ilə İrəvan arasında açılmış təyyarə reysini dolayısı ilə olmuş olsa da işğalçı rejimə, Ermənistanın rəsmi dairələrinə verilmiş dəstək kimi dəyərləndirirk".