““EL” hərəkatı prezident İlham Əliyevin əleyhinə yaradılıb”

Cümşüd Nuriyev: “Eldar Namazovun arxasında müəyyən qüvvələr var ki, həmin adamlar müxalifətdə təmsil olunmurlar”

"Eldar Namazov müəyyən qüvvələrin (həmin qüvvələr məlumdur-C.N) proqramı əsasında eyni günahı təkrar edir. Namazov Qərbi Azərbaycandan olan adamları bir yerı yığıb təşkilat yaratmaqla yenə də Azərbayacnda parçalanma işləri aparır. Çox təəssüflər olsun ki, media bunu görmədi. "EL" Hərəkatında söz sahibi olanların 50-60 faizi Qərbi Azərbaycandan olan adamlardır". Politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. Cümşüd Nuriyevin sözlərinə görə, vaxtilə Azərbaycanın başına min bir oyun açan adamların hamısı "EL" Hərəkatında bir araya yığılıb: ""EL" Hərəkatında təmsil olunan qocaların hamısı keçmiş kommunistlərdir, kommunist ideologiyasının ən böyük carçılarıdır. Onların hamısı Azərbaycanın müstəqilliyinin əleyhindirlər. Eldar Namazovun arxasında müəyyən qüvvələr var ki, həmin adamlar müxalifətdə təmsil olunmurlar. Məsələni ciddi araşdırmaq lazımdır. "EL" Hərəkatı həmin qüvvələrin Eldar Namazovun əlilə Prezident İlham Əliyevin əleyhinə hazırlandığı təşkilatdır. Məqsəd tamamilə aydındır ki, onlar yenidən hakimiyyətə gəlmək niyyəti güdürlər. İqtidarın ən pis günü müxalifətin ən uğurlu, ən yaxşı günü isə faciəsidir. Ən maraqlısı da odur ki, bu gün bu müxalifət meydanlara çıxanda millətin adından danışır" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00