AŞ PA Azərbaycanın siyasi vəziyyətini müzakirə edəcək

Milli Məclisin deputatı Elxan Süleymanov  AŞPA-nın Monitorinq  komitəsinin iclasında  iştirak etmək üçün martın 19-dan  21-dək Fransaya  səfər  edəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,  iclasda Azərbaycanda  siyasi  vəziyyət,  Türkiyədə monitorinqin yekunlarına dair  dialoq, Macarıstanda  yenidən  monitorinq keçirilməsi qaydaları,  Ermənistanda  prezident seçkilərinin nəticələri və digər  məsələlər  müzakirə  olunacaq. Deputatımız  müzakirələrdə  fəal iştirak edəcək, öz  fikirlərini  açıqlayacaq.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00