Elmar Məmmədyarov: "Gec-tez öz torpaqlarımızı geri qaytaracağıq"
Minsk qrupunun həmsədrləri gələn ay Azərbaycana səfər edəcək
15 Mart 2013 15:33 SiyasətATƏT-in Minsk qrupunun həmsədrləri aprelin birinci həftəsində Azərbaycana səfər edəcəklər. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib. Onun sözlərinə görə, hər ölkə öz milli maraqlarına uyğun siyasət aparır.
"ATƏT-in Minsk Qrupuna həmsədr ölkələr BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, bu səbəbdən dünya siyasətindən mühüm rol oynayırlar". Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinə dair səslənən fikirləri belə şərh edib.
Nazir gec-tez öz torpaqlarımızı geri qaytaracağımızı deyib. "Bunun üçün ilk növbədə danışıqlar aparırıq. İnanıram ki, problem gec-tez öz həllini tapacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00