Millət vəkili hökumətə müraciət edəcək

Millət vəkili Fuad Muradov Xocalıdan olan və hər iki valideynlərini itirmiş uşaqlarla bağlı hökumətə müraciət edəcək. Bu barədə  məlumat verən millət vəkilinin sözlərinə görə, müraciətdə onlara dövlət dəstəyinin edılməsi məsələsi əksini tapacaq: "Onların sayı elə də çox deyil, cəmi  25 nəfərdir. Artıq onlar uşaq deyillər, gəncdirlər və müəyyən problemləri var. Onların problemlərinin həllinə dəstək verilməsi vacibdir. Bu gün Xocalı soyqırımı artıq beynəlxalq səviyyədə tanınır. Bu halda Xocalıdan olan, valideyinlərini itirən şəxslərə dövlət qayğısı vacib məsələdir ".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00