“EL” hərəkatı müxalifyönlü insanları öz tərəfinə çəkir

Həsən Kərimov: “Müxalifət arasında ortaya atılmış yalnış məlumatlar “EL” hərəkatının nüfuzuna xələl gətirmək üçün atılmış addımlardır”

"EL" hərəkatının müxalifəti parçalamaq üçün yaradılması barədə məlumatlar mətbuatda çoxalmağa başlayıb. Siyasi analitiklər hesab edirlər ki, hərəkat seçkiqabağı müxalifəti sıradan çıxararaq müxalifyönlü insanları öz tərəfinə çəkərək seçkilərdə səs çoxluğu qazanmağa çalışır. Məsələyə münasibət bildirən AXCP sədrinin müavini Həsən Kərimovun sözlərinə görə "EL" hərəkatı İctimai Palata və müxalifəti parçalamaq üçün yaradılmayıb: "AXCP "EL" hərəkatı və təşkilatın Təşəbbüs Qrupunun rəhbərliyi ilə kifayət qədər əlaqələri var. Müxalifət arasında ortaya atılmış yalnış məlumatlar birliyin nüfuzuna xələl gətirmək üçün atılmış addımlardır. AXCP indi və gələcəkdə də "EL" hərəkatı ilə əməkdaşlığını davam etdirəcək. Mən özüm də təşkilatın təqdimetmə mərasimində də iştirak etdim. Birlikdə cəmiyyətdə tanınan kifayət qədər insan orada təmsil olunurlar. Ona görə də "EL" hərəkatının müxalifəti parçalamaq üçün yaradıldığı barədə dolaşan məlumatlar həqiqəti əks etdirmir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00