İsrail hökuməti İranla müharibə etmək istəmir - AÇIQLAMA
Ərəstun Oruclu: “ABŞ-ın dəstəyi olmadan İsrailin təkbaşına İrana müharibə elan edəcəyi inandırıcı görünmür”
15 Mart 2013 13:51 Siyasət"Rəsmi Tehranın nüvə proqramı ilə bağlı İrana güc istifadə etmək əvəzinə hələ diplomatik yolu seçirik. Ancaq nüvə proqramının davamlılığı İran üzərinə qırmızı xətt çəkə bilər. Məsələnin diplomatik yollarla həlli üçün İrana verilən vaxt sonsuz deyil". ABŞ Prezidenti Barak Obama belə deyib. Qeyd edək ki, yəhudi mətbuatı apreldə İsrailin İranla müharibəni başlayacağını bildirib. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclunun sözlərinə görə İsrailin aprel ayında İrana müharibə elan edəcəyi o qədər də inandırıcı deyil: "Çünki, hal-hazırda İsraildə yeni koalision hökumət formalaşıb. Həmin hökumətin mərkəz partiyası Lihudun bu qərara gedəcəyi inandırıcı görünmür. Mərkəzi partiya İran-İsrail münasibətlərində məsələnin sülh yolu ilə çözülməsini istəyir. Bu partiya faktiki olaraq iqtidarda təmsil olunur. Digər tərəfdən ABŞ da bildirir ki, prioritet məsələnin sülh yolu ilə həllinin tərəfindədir. ABŞ-ın dəstəyi olmadan İsrailin təkbaşına İrana müharibə elan edəcəyi inandırıcı görünmür" ("OLAYLAR" İA)