Oqtay Əsədov Rumıniya Deputatlar Palatasının sədrini qəbul edib
15 Mart 2013 12:08 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Ölkələrimiz arasında 60-a yaxın sənədin imzalandəğını, daha 5 sənəd isə imzalanma mərhələsində olduğunu diqqətə çatdıran MM sədri diqqətə çatdırıb ki, ö siyasi sahədəki uğurlarımız iqtisadi əlaqələrimizə də öz təsirini göstərir: "Biz bu sahədə daha böyük nəticələr əldə etmək niyyətindəyik. Bu gün Azərbaycan Rumıniyaya xam neft ixrac edir, gələcəkdə isə təbii qazın ixracında maraqlıdır. Bu səbəbdən AGRİ layihəsinin reallaşmasına böyük önəm verilir. Hər iki ölkənin Nabukko və TANAP kimi layihələri dəstəkləməsi əməkdaşlığımızın genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir". Parlamentin Spikeri Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib. Cari ilin əvvəlində Rumıniya parlamentində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, xüsusən də Xocalı soyqırımının pislənməsinə dair qəbul olunmuş bəyanatın Azərbaycan ictimaiyyəti tərəfindən müsbət dəyərləndirildiyini söyləyib. Söhbətdə Rumıniya Deputatlar Palatasının Sədri Valeriu Zqonea deyib ki, Rumıniya Azərbaycana istənilən məsələdə dəstək verməyə hazırdır. Bu gün onun ölkəsi Avropada Azərbaycanın ən etibarlı tərəfdaşıdır. Rəsmi Buxarest Azərbaycanla əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Qonaq ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində aparılan danışıqlar əlaqələrimizin bütün sahələrdə hərtərəfli inkişafına təkan verəcək. Qeyd edilib ki, Rumıniyada Azərbaycan sərmayədarları üçün əlverişli şərait yaradılıb və azərbaycanlı iş adamları bütün sahələrə investisiya yatıra bilərlər. Söhbətdə Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişaf perspektivləri, deputatların qarşılıqlı səfərləri, elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.