Yaşıllar və Ədalətin vahid namizədi olacaq
15 Mart 2013 12:03 SiyasətAzərbaycan Yaşıllar Partiyası böyük ehtimalla prezident seçkilərinə Ədalət Partiyası ilə bir blokda qatılacaq. Ola bilsin ki, bizim vahid namizədimiz olsun". Bu barədə "OLAYLAR"-a məlumat verən Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev deyib ki, vahid namizəd məsələsi seçki prosesi rəsmi başlayana qədər həll ediləcək: "Bütün hallarda seçkidə iştirak qətidir və nə qədər mümkünsə bir o qədər aktiv iştirak olacaq". Partiya sədri seçkilərdə hər hansı bir namizədi dəstəkləməyəcəklərini də söyləyib: "Eyni zamanda seçkini boykot etməklə bağlı hər hansı siyasi partiyanın mövqeyini də biz qətiyyən dəstəkləməyəcəyik. Eləcə də digər partiyaların və ya blokların namizədini də dəstəkləmək fikrimiz yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00