Türkiyədə 31 mart soyqırımı ilə bağlı tədbirlər keçiriləcək

31 mart Azərbaycanlıların soyqırım günü ilə bağlı Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi (ASİM-DER) qardaş ölkədə bir sıra tədbirlər həyata keçirəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən ASİM-DER sədri Göksəl Gülbəy deyib ki, bu məqsədlə Türkiyənin İqdır və Qars vilayətlərində rəhbərlik etdiyi dərnəyin təşkilatçılığı ilə toplantılar keçirləcək: "Tarixçi alimlər, elm adamlarının iştirak etdiyi toplantılarda ermənilərin XX əsrin əvvəllərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım aktından bəhs olunacaq". Göksəl Gülbəy toplantılarda iştirakçılara ermənilərin tarixən azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları əks etdirən kitab və CD-lərin də paylanacağını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00