Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin “Azərbaycan layihəsi”
Gizli planı Milli Demokratiya İnstitutu həyata keçirir
14 Mart 2013 19:44 SiyasətUzun əsrlərdən bəri böyük dövlətlərin nəzarətində olan qurumlar inkişaf etməkdə olan dövlətləri öz təsirləri altına salmaqda ötrü dəridən, qabıqdan çıxırlar. Müasir qlobal dünyada bu tendensiya daha da intensivləşib desək, heç də fikrinizdə yanılmalırıq. Xüsusən, Amerika Birləşmiş Ştatlarının "dünyanı idarəetmə" siyasətinin tərkib hissəsi olan bu planı daha da qabarıq şəkildə həyata keçirməkdə maraqlı görünür. Məhz bu məqsədlə müxtəlif dövlətləri hədəfə alaraq təxribat xarakterli layihələri teallaşdırır. Görünür, Azərbaycanın müstəqillik əldə etdikdən sonar sürətli inkişafı, ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik, xalqın hakimiyyətə birmənalı dəstəyi bu araqarışdıran qüvvələrin nəzər diqqətindən qaçmayıb. Xatırladaq ki, müxtəlif adla inqilab layihələri MDB dövlətləri də daxil olmaqla bir sıra Şərq ölkələrində tətbiq edilib. Konkret söyləmək olar ki, ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) Gürcüstan, Ukrayna, Moldovada kimi ölkələrdə baş vermiş siyasi kataklizmlər və qarşıdurmalarda müstəsna rol oynayıb. Bundan həvəslənən MDİ indi də eyni ssenarini Azərbaycanda da gerçəkləşdirmək üçün səylər göstərir. Artıq məsələ ilə bağlı mətbuata ilginc məlumatlar ötürülüb. Belə ki, hüquq müdafiəçisi Eynulla Fətullayev rəhbərlik etdiyi "haqqın.az" saytında sensasion məqalə ilə çıxış edərək ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun (MDİ) ölkədə "facebook inqilabı"nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsaiti ayırdığını iddia edib. Məsələ orasındadır ki, yayılan məlumatın həqiqətə uyğun olması barədə kifayət qədər əsaslandırılmış faktlar mövcuddur. Elə sözügedən Milli Demokratiya İnstitunun fəaliyyətinin analizi bu qurumun hansı əməllərə sahib olmasını ortaya qoyur. Məsələn, məlumdur ki, MDİ ABŞ-ın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, Mərkəzi Kəşfiyyat İdarəsinin əksər rəhbərləri bu təşkilatın yaradılmasında iştirak ediblər. Ona görə də bi təşkilatdan öz maraqları naminə istifadə imkanını əldən vermək istəmirlər. Onu da qeyd edək ki, MDİ öz məkirli layihələrini gerçəkləşdirməkdən ötrü külli miqdarda maliyyə vəsaiti xərcləməkdən belə çəkinmir. Faktdır ki, Vaxtilə MDİ-nin yuxarıda sadalanana ölkələrdəki milli nümayəndəliklərinin rəhbəri olmuş Aleks Qriqorevs baş verən hadisələrdə yaxından iştirak etmiş, müxalifəti, qeyri-hökumət təşkilatlarını maliyyələşdirməsi və onların istiqamətləndirmiş prosesində xüsusi fəallıq nümayiş etdirmişdir. Elə bu gün MDİ-nin Bakı ofisinin rəhbəri olan Qriqorevsin yaxın əhatəsi müxalifyönlü "Nida" təşkilatının fəallarıdır. Ona görə ki, xalq, dövlət anlamından uzaq olan bu təşkilat üzvləri üçün dünya malı, varidat hər şeydən üstündür. Təsadüfi deyil ki, "Nida" təşkilatın üç üzvü bu günlərdə həbs olunmuş, onların yaşadığı mənzillərdə "molotov kokteyli", narkotik vasitələr və külli-miqdarda pul vəsaiti aşkar olunmuşdur. Bu təşkilatın Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək niyyəti ilə cinayət xarakterli metodlardan istifadə etməyi planlaşdırdığı güman edilir. Təkcə bu fakt deməyə əsas verir ki, MDİ maliyyə vəsaiti hesabına çox asanlıqla Azərbaycanda özünə icraçı tapa bilib. Azərbaycanda ictimai sabitliyin məvcudliği, xalqın dövlət başçısını dəstəkləməsi faktoru isə MDİ rəhbərlərini social şəbəkələrdən istifadə etmək məcburiyyətində qoyub. Qeyd edək ki, A.Qtiqorevs Moldovada Twitter sosial şəbəkəsi vasitəsilə həyata keçirdiyi planı Azərbaycanda Facebook vasitəsilə reallaşdırmağa çalışır. Məhz belə fəaliyyətin nəticəsində Qriqorevs Moldovadan deportasiya olunub. Bu gün Azərbaycanda hakimiyyətə qarşı ifrat kəskin mövqedə olan əksər qrupların və səhifələrin onun təlimatları və maliyyə dəstəyi əsasında yarandığı bildirilir. Məlumata görə, A.Qriqorevs son 3 ildə Azərbaycanda olduğu dövrdə öz hesabından 2 milyon dollara yaxın vəsait çıxarıb. Bu vəsaitlərin hara xərcləndiyi barədə heç bir izahat və məlumat verilmir. Baxmayaraq ki, qanuna görə həm yerli, həm də Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatlar Maliyyə Nazirliyinə müvafiq hesabatlar verməlidirlər. Deməli məntiqə görə, A.Qriqorevsin Azərbaycanda fəaliyyəti milli qanunvericiliyə ziddir. Birmənalı olaraq MDİ Azərbaycan hökuməti qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif bəhanələrlə yayınır. Belə halda Azərbaycan qanunlarına hörmətlə yanaşmayan istənilən beynəlxalq təşkilatın ölkədə fəaliyyətinə qadağa qoyulmalıdır. Əks halda belə təşkilatlar Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə davam edəcək, ölkədə qarşıdurma yaratmaq cəhdlərindən əl çəkməyəcək.
Alim