İP mitinq keçirmə komitəsinin funksiyasını yerinə yetirir

"İctimai Palata fəaliyyət göstərdiyi müddət ərzində cəmiyyətin maraqlarını ifadə edən bir struktura çevrilə bilməyib".  Belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "OLAYLAR"-a deyib ki, onlar adlarını İctimai Palata qoysalar da, faktiki olaraq ötən müddət ərzində mitinq keçirmə komitəsinin funksiyalarını yerinə yetiriblər: "Artıq iki dəfədir ki, İctimai Palata orduda bir neçə əsgərin ölümü ilə bağlı keçirilən aksiyaya dəstək verir.  Həmin aksiyada da çoxsaylı insan iştirak etməyib. Həmçinin İctimai Palatanın birbaşa özünün keçirdiyi tədbirlərə.nə ictimaiyyətin marağı yoxdur, nə də həmin aksiyalar zamanı kütləvilik müşahidə edilmir". Millət vəkili deyib ki, Azərbaycan cəmiyyəti bundan sonra da həmin qüvvələrə dəstək verməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00