YAP rəhbərliyi şimal zonasında olub

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Xaçmaz rayonunda partiyanın fəalları ilə görüşüb. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə çıxış edən Əli Əhmədov qeyd edib ki, Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə YAP-ın və onun sıralarında cəmləşən 600 minə yaxın fəal Azərbaycan vətəndaşının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir. YAP-ın sədr müavini deyib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunlar isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00