Eldar Namazovdan lider olmaz

Eynulla Fətullayev: “O, nəinki ciddi siyasi hərəkata, o heç kiçik qeyri-hökumət təşkilatına da rəhbərlik etmək bacarığına malik deyil”

"EL" Hərəkatının yaradılması tamamilə Eldar Namazovun adı ilə bağlıdır". "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev "OLAYLAR"a açıqlamasında belə deyib. Eynulla Fətullayevin sözlərinə görə, Eldar Namazov isə olduqca zəif, Azərbaycan kimi ölkələrdə siyasi liderlik üçün vacib sayılan xarizmatik şəxsiyyətə malik olmayan, istedadsız, qeyri-sistemli fəaliyyət aparan siyasətçi imici qazanıb: "Belə bir adamın, yəni 20 il ərzində ciddi siyasətlə məşğul olmağa can atan, fəqət ciddi uğura imza ata bilməyən şəxsin yeni siyasi profonasiyası məndə sadəcə ironiya hissi oyadır. Eldar Namazov nəinki ciddi siyasi hərəkata, o heç kiçik qeyri-hökumət təşkilatına da rəhbərlik etmək bacarığına malik deyil. Məncə, "El" Hərəkatı da E.Namazovun digər uğursuz layihələrin taleyi gözləyir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00