“EL” hərəkatının sosial bazası parçalanmış vəziyyətədir - ŞƏRH
Fəzail Ağamalı: “Eldar Namazovun ölkə Prezidenti İlham Əliyevin sosial bazasından bəhrələnməsi ehtimalı sıfra bərabərdir”
14 Mart 2013 16:17 Siyasət"EL" Təşkilatının hərəkat xarakteri daşıyacağı inandırıcı deyil. Çünki, təşkilatı yaradanlar arasında öz siyasi fəallığı ilə seçilən adam Eldar Namazovdur. Müəyyən mənada təşkilatda fəallıq göstərənlər arasında Eldəniz Quliyevin də adı var. Bu gün Eldar Namazov hansı sosial bazaya, elektorata söykənirsə onu demək bir az qəlizdir". Millət vəkili Fəzail Ağamalı "OLAYLAR"a açıqlamasında belə deyib. Fəzail Ağamalının sözlərinə görə Eldar Namazovun ölkə Prezidenti İlham Əliyevin sosial bazasından bəhrələnməsi ehtimalı sıfıra bərabərdir: "Onun ümid edəcəyi yeganə yer müxalifətin sosial bazasıdır və ya narazı insanlardır. Bu da 25%-dən yuxarı deyil. Həmin elektorat hissə ayrı-ayrı partiyaların, siyasi qüvvələrin arasında parçalanmış vəziyyətdədir. "EL" hərəkatının sosial bazası olduqca zəifdir və seçkilərə təsir etmək iqtidarına malik deyil" ("OLAYLAR" İA)