Bekarçılıqdan əsnəmək də pis deyil...
“Səkkizlik”də təmsil olunan partiyalar tribunada çıxış etmək üçün sino gedənlərdir”
14 Mart 2013 15:23 Siyasət"Asiman" restoranında "Qarabağ" blokunun təşəbbüsü ilə keçirilmiş səkkiz partiya liderinin yenidən bir araya gələcəyi bildirilir. "Səkkizlik" mart ayının sonuna qədər görüşə bilər. Qeyd edək ki, bundan əvvəlki görüşdə KXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev və Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev iştirak edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə görüşə qatılmamışdı. Müsavat başqanının bu dəfə fə görüşə qatılmayacağı bildirilir. Məsələyə münasibət bildirən satirik şair Mirzə Sakitin sözlərinə görə müxalifətin Müsavatsız səkkizliyi heç bir nəticə verməyəcək: Mirzə Sakit hesab edir ki, "Asiman" formatı 8 müxalifət partiyasının bekarçılıq işinin məhsuludur: "Bekarçılıqdan əsnəmək də pis deyil. "Səkkizlik" axırda səssizliyə çevriləcək. "Səkkizlik"də təmsil olunan partiyalar tribunada çıxış etmək üçün sino gedənlərdir. Çıxış edəndən sonra da, xüsusən tamaşaçılar onları alqışlayanda onlar xoşbəxt olurlar. Allah xoşbəxt eləsin, qoşa qarısınlar, oğullu-uşaqlı olsunlar" ("OLAYLAR" İA)