“EL” hərəkatı planlarını həyata keçirə bilmir - AÇIQLAMA

Qabil Hüseynli: ““EL” hərəkatı müəyyən müddət populyar birlik kimi yox, müxalifətin növbəti təşəbbüsü kimi gündəmdə olacaq və sonra funksiyasını itirəcək”

"Azərbaycanın müasir tarixində dəfələrlə belə uğursuz təşkilatlar yaradılıb. Nəticəsi hər kəsə məlumdur. Əminəm ki, "El" hərəkatı adı qoyulan layihənin taleyi müxalifətin ondan əvvəl yaradılmış təşkilatlarından heç nə ilə fərqlənməyəcək". YAP-ın saytına açıqlamasında partiya sədrinin müavini - icra katibi Əli Əhmədov belə deyib. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə Əli Əhmədovun açıqlaması müəyyən həqiqətlərə söykənir: "İstər zahiri, istərsə də daxili görüntüsünə görə "EL" hərəkatı hərəkata çevrilə bilməyəcək. Hərəkat xalqı, milləti öz ətrafında birləşdirmək deməkdir. "EL" hərəkatı isə bu missiyanı yerinə yetirə bilmir. Təşkilatda elə bir güc yoxdur ki, xalq arasında təbliğat aparıb onu ayağa qaldırmaq iqtidarında olsun. "EL" Hərəkatı müəyyən müddət populyar birlik kimi yox, müxalifətin növbəti təşəbbüsü kimi gündəmdə olacaq və sonra funksiyasını itirəcək. Əvvəlcədən elan etdiyi məramları həyata keçirmək iqtidarında olmayacaq" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00