Ermənistan və Türkmənistan prezidentləri telefon danışığı aparıblar
14 Mart 2013 10:40 SiyasətErmənistan və Türkmənistan prezidentləri Serj Sarqsyan və Qurbanqulu Berdiməhəmmədov telefon danışığı aparıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "ARKA" Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
"Danışıqlar zamanı Türkmənistan prezidenti, Sarqsyanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib, ona bu çətin və məsuliyyətli işdə uğurlar arzulayıb", - deyə, məlumatda qeyd olunub.
Hər iki dövlətin rəhbərləri qarşılıqlı razılışmaların icrası proseslərini və Ermənistan-Türkmənistan əlaqələrinin dərinləşməsi və genişlənməsi istiqamətində məsələləri müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00