İran gözlənilmədən Qüdsü nüvə silahı ilə vura bilər - AÇIQLAMA

Hikmət Hacızadə: “Əgər İran tərəfindən 5 yəhudi öldürülsə bu İsrail üçün faciə olacaq”

İsrail prezidenti Şimon Peres İranı sərt tənqid edib. Ş. Peres İranı dünya sülhü üçün ən böyük təhlükə adlandırıb: "İranı heç kimsə təhdid etmir, İran başqalarını təhdid edir". Peresin sözlərinə görə, İran İsrailin varlığına təhlükədir, bu ölkədə sabitliyi pozmaq üçün digər ölkələrə silah göndərir və yəhudi soyqırımını inkar edir: "İran din adı altında diktatura rejiminə çevrilib". 

Məsələyə münasibət bildirən politoloq Hikmət Hacızadənin sözlərinə görə Şimon Peresin açıqlamasında müəyyən həqiqətlər var: "İran istənilən vaxt İsraili raketlərlə vura bilər, qırıcılarla bomba atəşinə tuta bilər. Əgər İran gizli şəkildə hazırladığı nüvə bombasını Qüdsə atsa şəhər tamamilə məhv olacaq. İsrail də buna silahlı cavab verəcək. Şimon Peres məsələni bu mənada izah edib. Əgər İran tərəfindən 5 yəhudi öldürülsə bu İsrail üçün faciə olacaq. Ona görə də bu cür bəyanatlar verirlər" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00