BDM nümayəndə heyəti Çanaqqaya gedir

Çanaqqala Dəniz Zəfərinin 98-ci ildönümü törənlərində iştirak etmək məqsədi ilə Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəllinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək. Mərkəzdən "OLAYLAR"-a verilən məlumata görə, nümayəndə heyəti martın 18-də  dövlət törənində iştirak edəcək, eləcə də Azərbaycan adından Çanaqqala şəhidlərinin xatirəsinə çələng qoyulacaq. Daha sonra şəhidlik ziyarət olunaraq, şəhid Azərbaycan türklərinin xatirəsinə qoyulmuş lövhənin qarşısında toplantı keçiriləcək. Toplantıda Çanaqqalada təhsil alan azərbaycanlı tələbələr, diasporumuzun nümayəndələri də iştirak edəcək. Həmçinin nümayəndə heyəti Ankarada və Çanaqqalada bir sıra rəsmi görüşlər keçirəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00