Cəmiyyət İP-ə dəstək verməyəcək - MİLLƏT VƏKİLİ

Aydın Mirzəzadə: “İctimai Palatanın fəaliyyəti elan etdiyi məramlarla üst-üstə düşmür”

"İctimai Palatanın fəaliyyəti elan etdiyi məramlarla üst-üstə düşmür". Belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə "OLAYLAR"-a deyib ki, bu səbəbdən quruma daxil olan partiyaların cəmiyyətə ünvanlanmış çağırışlarına da Azərbaycan ictimaiyyəti dəstək verməyəcək: "Bu gün onlar  cəmiyyətdən dəstək gözlədikləri halda, cəmiyyəti hansı yolla aparacaqlarını açıqlamırlar. Çağırış var, ancaq gedəcəkləri yolu göstərmirlər". Aydın Mirzəzadənin sözlərinə görə, əgər bu qarşıdurma, parçalanma, dəstəyi xarici ölkə səfirliklərindən ummaq yoludursa, şübhəsiz ki, onların yanında azsaylı tərəfdarlarından başqa heç kim olmayacaq: "Qarşılarına qoyduqları ikinci məsələ, müxalifətin İctimai Palata qanadından prezidentliyə vahid namizəd irəli sürmək funksiyasını da yerinə yetirə bilməyiblər. Bu gün İctimai Palatada neçə siyasi partiya varsa, bir o qədər də prezidentliyə namizədi var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00