Yaşıllar Partiyası seçkilərə xüsusi önəm verir

"Azərbaycan Yaşıllar Partiyası 2013-cü il seçkilərinə xüsusi önəm verir. Ona görə ki, partiya bu seçkilərə artıq müəyyən təcrübə ilə qatılacaq". Belə bir açıqlama ilə çıxış edən partiyanın sədri Mayis Güləliyev "OLAYLAR"-a deyib ki, 2008-ci il seçkilərinə öz namizədi ilə qatılan Aərbaycan Yaşıllar Partiyası bu prosesdə xeyli təcrübə toplayıb: "Son 5 ildə partiyanın Avropa Yaşıllar Partiyasına üzvlüyə namizəd seçilməsi, Avropa Yaşıllar Partiyasının tədbirlərində yaxından iştirak və müxtəlif ölkələrin seçki təcrübələrinin birbaşa öyrənilməsi bizə əsas verir ki, 2013-cü il seçkilərinə daha təkmil və inamla qatılaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00