Rüstəm İbrahimbəyov və Eldar Namazov gizli şəkildə müxalifəti parçalayırlar - AÇIQLAMA

Cümşüd Nuriyev: “Rüstəm İbrahimbəyovun siyasətə qoşulması Azərbaycanın suverenliyinin təhlükə altına salınmasına xidmət deməkdir”

"Rüstəm İbrahimbəyov böyük sənətkardır. Tanınmış şəxsdir. Hörmət etdiyim adamdır. Ancaq siyasətlə məşğul olmasaydı yaxşı olardı. Onun adından da istifadə edirlər. İnciklik bəzən adamı idarə edir. Bəlkə haradasa, nədəsə İbrahimbəyovun incikliyi olub". Sabiq Prezident Ayaz Mütəllibov mətbuata açıqlamasında belə deyib. "Ayaz Mütəllibov Rüstəm İbrahimbəyovu çox gözəl tanıyır, onun hansı resurslara malik olduğunu bilir. Rüstəm İbrahimbəyov şəxsi biznesinə dəymiş ziyanı Azərbaycan iqtidarına çəkdirməkdən ötrü gəncləri qızışdırıb ortaya salıb onların həbs olunmasına, qanunsuz hərəkət etməsinə səbəb olduğuna görə bu gün düşdüyü problemin içərisindən çıxa bilmir. Rüstəm İbrahimbəyovun hansı potensialı var ki, bu adam siyasətə girir?!" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə R.İbrahimbəyovun siyasətə qoşulması Azərbaycanın suverenliyinin təhlükə altına salınmasına xidmət deməkdir: "Ayaz Mütəllibov Rusiyanı yaxşı tanıdığına onun imperiya siyasətinə vaxtilə məcburi də olsa xidmət etdiyinə görə yenidən Azərbaycanın Kremlin imperiya ambisiyasının qurbanına çevrilməsini istəmir. Buna görə də sabiq prezident kinodramaturqu tənqid etmək məcburiyyətindədir. Rüstəm İbrahimbəyov bunları başa düşür və bilərəkdən bu oyuna girişir. Mütəllibov Eldar Namazovu da çox yaxşı tanıyır. Çox gözəl bilir ki, E.Namazov hansı şineldən çıxıb, hal-hazırda hansı maskaların altında gizlənib. İctimai Palata, "EL" Hərəkatını yaratdılar, arxasınca Milli Şura yaratmağa cəhd edirlər. Bəzi sadəlövh insanlar elə başa düşürlər ki, bu adamlar onların hüquqlarını qorumaq istəyirlər. Əslində bütün bu gedişlərin hamısı onların siyasi ambisiyası və iqtisadi maraqlarından doğur. Buna görə də həm Rüstəm İbrahimbəyov, həm də Eldar Namazov iqtidardan nələrisə istəyir. Çünki, bu adam vaxtilə iqtidarda olublar və onun necə olduğunu çox gözəl bilirlər. Eldar Namazov və Rüstəm İbrahimbəyov Azərbaycan müxalifətinin bir nömrəli əleyhdarlarıdır. Müxalifətin Rüstəm İbrahimbəyov və Eldar Namazova qucaq açması o deməkdir ki, Azərbaycanda müxalifət yoxdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00