Azərbaycan XİN Rusiya saytında yayılan Qarabağla bağlı qərəzli reportajı araşdırır
Elman Abdullayev açıqlamasında jurnalsit Stanislav Mudrının Qarabağa qanunsuz səfərinin araşdırılmasına dair müvafiq təlimat verildiyini bildirib
13 Mart 2013 13:14 SiyasətAzərbaycan XİN rusiyalı jurnalsit Stanislav Mudrının Dağlıq Qarabağa qanunsuz səfərinin araşdırılması ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə müvafiq təlimat verib. Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elman Abdullayev deyib. O, bildirib ki, Azərbaycanın mövqeyinin prinsipial olaraq qalır. "Azərbaycanın işğal olunmuş ərazilərinə Azərbaycanın müvafiq orqanları ilə razılaşdırmadan səfər edən şəxslər qanunu pozmuş olur. Bu, Azərbayacanın ərazi bötövlüyü və suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir. Bu beynəlxalq hüquqa olan ən böyük hörmətszlikdir".
XİN mətbuat xidmətinin rəhbəri bundan əlavə hər bir jurnalistin öz peşəsinə hörmətlə yanaşmalı, daima olaraq yazdığı məqalələrində obyektivliyə və ədalətli yanaşmaya üstünlük verməli olduğunu vurğulayıb. "Belə etməyənlərin, nə qədər ciddi jurnalist olduğu, öz peşəsinə nə qədər ciddi yanaşması şübhə doğurur".
Qeyd edək ki, Rusiyanın "Ridus.ru" saytında Azərbaycanın ermənilər tərəfindən işğal edilən torpaqları- Dağlıq Qarabağ haqqında qərəzli və yalan dolu reportaj yayılıb. Reportajı Stanislav Mudrı adlı jurnalist hazırlayıb. Yazıda Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunaraq məqalə boyu Qarabağ müstəqil respublika kimi təqdim edir. ANS PRESS "Dağlıq Qrabağ- sirlər məkanı. Təmas xəttində" adlı yazıdan bəzi hissələri oxuculara təqdim edir.
Müəllif məqalədə qeyd edib ki, SSRİ-nin süqutundan sonra sovet hərbi texnikasının böyük qismi Azərbaycana qalıb. Azərbaycana verilən texnika:
237 tank
325 hərbi zirehli maşın
204 BMP və BTR
170 artileya qurğusu, "Qrad"da daxil olmaqla
Ermənistan isə bunları alıb:
54 tank
40 BMP və BTR, eləcə də 50 top
Qərəzli məqalədə rusiyalı jurnalist qeyd edib ki, Azərbaycan tərəfi öz müdafiə xəttinə beynəlxalq təşkilatların, o cümlədən ATƏT müşahidəçilərini buraxmır.
"Hər ay Azərbaycan itirilmiş ərazilərini geri almaq niyyəti barədə bəyanatlar verir. Qarabağda isə sərhədlər möhkəmləndirilir və yeni nəsil əsgərlər yetişdirilir. Bəlkə də daha bir "işğal" cəhdi bu torpaqlarda həmişəlik sülh yaradacaq. Amma ən yaxşısı müharibəsiz ötüşməkdir".