İran Dağlıq Qarabağ münaqişəsindən şəxsi maraqları üçün istifadə etməyə çalışır
Qabil Hüseynli: “Rəsmi Tehran məqsədləri üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı proseslərə heç vaxt qoşula bilməyəcək”
12 Mart 2013 17:08 Siyasət"Ermənistanla Azərbaycan arasındakı Qarabağ münaqişəsi uzun illərdir davam edir və getdikcə kompleks bir hal alır. İran iki ölkə arasında davam edən Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün hər cür əməkdaşlıq və köməyə hazırdır". İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi erməni mətbuatına açıqlamasında belə deyib. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə İran sözdə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfdaş olmaq istəyini həmişə vəd edib: "Amma İranın problemin hər hansı müstəvidə həlli üçün lazım olan potensialı yoxdur. İran ən azından ATƏT-in, münaqişənin həlli ilə bağlı yaradılmış Minsk Qrupunun üzvü deyil. Rəsmi Tehran Qarabağ münaqişəsinin həllini öz maraqlarına uyğun bir müstəvidən başqa bir siyasi müstəviyə keçirib. İranın bu prosesə indiki məqamda qoşulmasına imkan yoxdur. Çünki, Avropa ölkələrinin əksəriyyəti İrana qarşıdır. Bu nöqteyi-nəzərdən İran öz məqsədləri üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı proseslərə heç vaxt qoşula bilməyəcək" ("OLAYLAR" İA)