Dünya Azərbaycanlı Gənclər Birliyinin II qurultayı keçiriləcək
12 Mart 2013 16:19 SiyasətYaxın vaxtlarda Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin ikinci qurultayı keçiriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə, qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin ötən bir il ərzindəki fəaliyyəti, gördüyü işlər və həyata keçirdiyi layihələrlə bağlı hesabat dinləniləcək, qarşıda duran yeni vəzifələr müəyyənləşdiriləcək. Dünya Azərbaycanlı Gənclər Birliyinin ikinci qurultayında dünyanın bir sıra ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclər iştirak edəcək. Qeyd edək ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı 2012-ci ilin mart ayında Bakıda keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00