Almaniya Ermənistan-Azərbaycan müharibəsinin başlanmasından narahatdır

Akif Nağı: “Rəsmi Berlin yaxşı başa düşür ki, Xocalı aeroportunda uçuşlar bərpa olunarsa Azərbaycan Ermənistana silahlı cavab verəcək”

Almaniya Xarici İşlər Nazirliyinin Dövlət naziri Korneliya Piperin Federal hökumət adından Xocalı aeroportu ilə əlaqədar bəyanat verib. "Azərbaycan tərəfinin icazəsi olmadan Xocalı aeroportunda uçuşların bərpa edilməsi Ermənistanla Azərbaycan arasında 1994-cü ildən mövcud olan atəşkəs sazişinə xələl gətirəcək və Dağlıq Qarabağ münaqişəsinin miqyasının genişlənməsinə səbəb olacaq. Korneliya Piperin bəyanatı bu cür olub. Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə Almaniya II Ermənistan-Azərbaycan müharibəsinin başlanmasından ehtiyat edir: "Rəsmi Berlin yaxşı başa düşür ki, Xocalı aeroportunda uçuşlar Ermənistanın səyləri nəticəsində bərpa olunarsa Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində Yerevana sərt cavab verəcək. Bu isə faktiki müharibənin başlanması deməkdir. Bu təbiidir, çünki mövcud status-kvo ilə razı deyil. Beynəlxalq təşkilatlar da Azərbaycanın haqlı mövqeyini nəzərə almırlar. Lakin, müharibə bşlayacağı təqdirdə bu Korneliya Piperinin dediyi kimi münaqişəsinin geniş çərçivədə böyümək perspektivi yoxdur. Almaniya tez-tez Qarabağ münaqişəsilə bağlı bəyanatlar səsləndirir. Avropadakı Azərbaycan cəmiyyətlərinin tez-tez məsələ ilə bağlı ən çox müraciət etdikləri yer məhz Almaniya parlamentidir. İngiltərə parlamenti də zaman-zaman bu cəmiyyətlərin müraciətlərini nəzərə alır. Almaniya XİN-in Xocalı aerportu barədə bəyanatı Avropadakı Azərbaycan diasporunun məntiqli işinin nəticəsidir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00