AXCP sədri ictimai fikirdən bəhrələnmək istəyir
12 Mart 2013 15:43 SiyasətAzərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli İctimai Palatanın sessiyasında maraqlı çıxışı ilə yadda qalıb. Partiya sədri üzünü demokratik qüvvələrə və xalqa tutaraq "beynəlxalq təşkilatlardan nicat gözləməyin" deyib. AXCP sədri bildirib ki, hər dəfə beynəlxalq təşkilatların bəyanatlarını ciddi şərh etməyə, onlara zaman ayırmağa dəyməz. Çünki onların öz maraqları var. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev AXCP sədri Əli Kərimlinin nə vaxtsa belə bir fikir səsləndirəcəyini gözlədiyini söyləyib: "Amma belə tez gözləmirdim. Beynəlxalq təşkilatları tənqid edənləri öz qəzetinə buraxmayan, belə şəxsləri öz tədbirinə dəvət etməyən, onlarla kəlmə belə kəsməyi özünə əskiklik hesab edən Əli Kərimli indi onları tənqid etməyə başlayıb. Görəsən o axıra qədər öz fəaliyyətində məntiqli olacaqmı? Xeyr". Mayis Güləliyevin sözlərinə görə, AXCP sədri ona görə beynəlxalq təşkilatları tənqid edib ki, cəmiyyətin indiki durumunda yenə də ictimai fikirdən bəhrələnsin.