Əli Həsənov: “Azərbaycanda keçiriləcək qeyri-qanuni aksiyaların qarşısı bundan sonra da alınacaq”
12 Mart 2013 13:30 SiyasətAzərbaycanda keçiriləcək qeyri-qanuni aksiyaların qarşısı bundan sonra da alınacaq, Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir qrup gəncin martın 10-da keçirdiyi icazəsiz aksiyaya münasibət bildirərkən deyib.
"Sərbəst toplaşmaq, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı qanunvericilik var. Qanunvericilik cərçivəsində bütün keçirilən tədbirlərə icazə verilir, yerlər müəyyən olunur. Qeyri-qanuni aksiyaların qarşısı alınır və bundan sonra da alınacaq", deyə Həsənov bildirib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00