Ərdoğanın açıqlaması Avropada qalmaqala səbəb oldu VIDEO

Hökumət başçısının çıxışına Amerika Birləşmiş Ştatlarından sonra Avropa Birliyi də münasibət bildirib

Türkiyənin baş naziri R.Ərdoğanın Vyanaya səfəri zamanı "Sionizmi- insanlığa qarşı cinayət" adlandırması qalmaqal yaradıb. Hökumət başçısının çıxışına Amerika Birləşmiş Ştatlarından sonra Avropa Birliyi də münasibət bildirib.
Qurumun xarici işlər nazirlərinin 14-15 mart tarixləri arasında keçiriləcək "Zirvə" toplantısının işində iştirak etmək üçün Avstriyada səfərdə olan Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik tədbirləri üzrə ali komissarı Ketrin Eşton Ərdoğanın açıqlamalarını yolverilməz adlandırıb.
O, qeyd edib ki, sionizm faşizm, terrordan tam fərqli ideologiyadır və bu baxımdan da onları qarışdırmaq düzgün deyil. Lakin bu sözləri deyərkən xanım siyasətçi nədənsə Fələstində hər gün İsrail əsgərləri tərəfindən öldürülən ərəb uşaqları barədə suala cavab verməkdən yayınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00