AŞ PA Avropada dini icmalara qarşı zorakılıq məsələsini müzakirə edəcək
12 Mart 2013 12:12 SiyasətMilli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Sabir Hacıyev qurumun Siyasi işlər və demokratiya Komitəsinin iclasında iştirak etmək üçün martın 12-dən 15-dək Mərakeşin Rabat şəhərində səfərdə olacaq. Bu barədə MM-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,
iclasda Avropa Şurası Parlament Assambleyasının Mərakeş parlamenti ilə demokratiya üzrə tərəfdaşlığının qiymətləndirilməsi, Avropada dini icmalara qarşı zorakılıq, Yaxın Şərqdə vəziyyət və digər məsələlər müzakirə olunacaq. Əfqanıstandan narkotik maddələrin axınının güclənməsi Avropada təhlükəsizliyə təhdid kimi nəzərdən keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00