Avropa Şurası və ABŞ Azərbaycan müxalifətini aldadır
Mirzə Sakit: “Beynəlxalq təşkilatların Azərbaycanla əlaqədar qərəzləri cəmiyyətdə həmin qüvvələrə qarşı antipatik münasibət aşılayır”
11 Mart 2013 17:22 Siyasət"Beynəlxalq təşkilatların bəyanatlarını ciddi şərh etməyə, onlara zaman ayırmağa dəyməz, həmin təşkilatlardan nicat gözləməyin. Onların öz maraqları var. Onlar onu təmsil edirlər". AXCP sədri Əli Kərimli İctimai Palatada çıxışında belə deyib. Məsələyə münasibət bildirən satirik şair Mirzə Sakitin sözlərinə görə Əli Kərimlinin açıqlaması müəyyən mənada inandırıcıdır: "Ən azından ona görə ki, 2005-ci ildən ABŞ Azərbaycan siyasətində riyakarlığa yol verir. Avropa Şurasının Azərbaycan bağlı qərarlarındakı bəzi təzadlar da eyni silsiləyə aiddir. Digər xarici dövlətlərin də Azərbaycanla əlaqədar qərəzləri cəmiyyətdə həmin qüvvələrə qarşı antipatik münasibət aşılayır. Əli Kərimlinin bu prizmadan məsələyə münasibət bildirməsi düzgün hal sayılmalıdır" ("OLAYLAR" İA)