Müxalifət beynəlxalq təşkilatları niyə ittiham edir?
11 Mart 2013 17:25 Siyasət10 mart aksiyasından bir gün öncə AXCP sədri Əli Kərimlinin beynəlxalq təşkilatları ciddi ittiham edib. Məsələyə münasibət bildirən AVP sədri, millət vəkili Fəzail Ağamalı deyib ki, heç şübhəsiz burada iki niyyət ola bilər: "Birincisi, düşünülmüş şəkildə gənclərin arxasında durmaqla guya bu hadisələrdə iştirak etmirlər, lakin özlərinin sıravi üzvlərini, gənclər təşkilatlarını həmin aksiyada iştirak etməyə yönəldirlər və bəyan edirlər ki, guya bunların həmin mitinqlərdə iştirakı-bağlılığı yoxdur. Mən düşünürəm ki, bu, daha çox belədir. İkinci niyyət isə o, ola bilər ki, Ə. Kərimli beynəlxalq təşkilatları ittiham etmək yolu ilə avantüraya çəkərək, yəni, həmin qurumların Azərbaycan iqtidarı ilə bərabər olduqlarını dilə gətirərək , onları öz tərəfinə çəkməyə cəhd edir. Mən düşünürəm ki, Əli Kərimlinin fikirlərində bu iki niyyət var. Lakin araşdırma aparılmalıdır ki, 10 mart aksiyasında iştirak edən kimlər idi, onlar hansı təşkilatlara yaxın idi, hansı partiyaların bunlar üzərində himayəsi var. Bundan sonra yəqin ki, bütün mənzərə aydın olar. Eyni zamanda, bir neçə gün öncə "Nida" təşkilatının 3 üzvü həbs olunaraq, onlardan yandırıcı, alışdırıcı maddələri müsadirə ediblər və onlar sonradan etiraf ediblər ki, məqsədləri ölkədə qarışıqlıq yaratmaqdır. Elə hesab edirəm ki, bunun özü də ciddi hadisələrdən xəbər verir".