Rusiya, İran və Azərbaycanın antimilli qüvvələri
Fəzail Ağamalı: “Bu 3 qüvvə Azərbaycanda vəziyyəti gərginləşdirməyi qarşılarına məqsəd qoyub”
11 Mart 2013 17:19 Siyasət10 mart aksiyası "facebook" vasitəsilə idarə olunan bir hərəkətdir. Məqsəd də, niyyət də gənclər vasitəsi ilə Azərbaycanda qarşıdurma, gərginlik yaratmaqdır" . Bunu deyən millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının sözlərinə görə, burada məqsəd Azərbaycanda vətəndaş qarşıdurması yaratmaq, niyyət mitinqlərdə, nümayişlərdə ya hüquq mühafizə orqanlarının, ya da özlərinin üzvlərinə xəsarət yetirmək, hətta, onların ölümünə gətirib çıxara biləcək addımlar atmaq və beləliklə Azərbaycanda vəziyyəti ağırlaşdırmaq, gərginləşdirmək, qarşıdan gələn prezident seçkilərini pozmaq, anarxiya yolu ilə öz istəklərinə nail olmaqdır: "Burada əlbəttə, daxildəki avantürist qüvvələrlə xaricdəki Azərbaycanı istəməyən və Azərbaycanda hakimiyyəti ən müxtəlif yollarla ələ keçirmək istəyində, arzusunda qüvvələrin maraqları üst-üstə düşür. Burada da 3 qüvvə var-Rusiya, İran və Azərbaycanın antimilli qüvvələri. Bu 3 qüvvə də görünür ki, Azərbaycanda vəziyyəti gərginləşdirməyi qarşılarına məqsəd qoyub və artıq bunun bütün elementləri, parametrləri özünü göstərməkdədir".