Azərbaycan əraziləri ilə bağlı böyük saxtakarlıq VIDEO

Xəzər dənizinin qərbindən başlamaqla Azərbaycan ərazisi bütövlükdə Ermənistan kimi göstərilib

Türkiyənin ən böyük internet saytlarından olan "Oyunkolu"da yerləşdirilən oyunlardan birində Azərbaycan Ermənistan ərazisi kimi göstərilib. "Qafqazinfo"nun məlumatına görə, "Aleksandr" adlanan onlayn oyun Makedoniyalı İsgəndərin yeni ərazilər istila etməsindən ibarətdir. Xəritədə o dövrdə mövcud olan bəzi ölkələrin xəritəsi əks olunub. Həmin xəritədə Xəzər dənizinin qərbindən başlamaqla Azərbaycan ərazisi bütövlükdə Ermənistan kimi göstərilib.
Həmin oyunun kim tərəfindən yaradılması ilə bağlı dəqiq məlumat yoxdur, "Oyunkolu" saytı isə orada yerləşdirilən oyunlara görə məsuliyyət daşımadıqlarını qeyd edirlər.
Onu da qeyd edək ki, sözügedən oyun Turkiyənin əksər onlayn oyun portallarında yerləşdirilib.
Həmçinin həmin oyunu yerləşdirən saytların şərh bölmələrinə daxil olan Azərbaycan və Türkiyə vətəndaşları bu saxtakarlığa öz etirazlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00