Rəsmi Tehran Qərb və ABŞ-la razılaşmasa İran çökdürüləcək - AÇIQLAMA

Hikmət Hacızadə: “Əli Əkbər Salehinin açıqlaması Qərblə danışıqlar prosesində əldə olunacaq nəticələrə ümid xarakteri daşıyır”

"Yaxın günlərdə İrana qarşı sanksiyalar azalacaq. Bununla bağlı əlimizdə məlumat var. Ancaq bunu indi ictimaiyyətə açıqlaya bilmərik. Hazırda İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi həll etmək üçün ən yaxşı vaxtdır". İranın xarici işlər naziri Əli Əkbər Salehi yerli mətbuata açıqlamasında belə deyib. Məsələyə münasibət bildirən politoloq Hikmət Hacızadənin sözlərinə görə Əli Əkbər Salehinin açıqlaması Qərblə danışıqlar prosesində əldə olunacaq nəticələrə ümid xarakteri daşıyır: "Bəyanat yalnız buna hesablanmış addım sayılmalıdır. İran tərəfi sanksiyaların götürülməsinə çalışır, lakin embarqonun götürülüb götürülməyəcəyi Qərbin və Amerikanın rəsmi Tehranının qarşısına qoyduğu şərtlərə onun əməl edib etməyəcəyindən asılıdır. İndiki məqamda isə sanksiyaların İran üzərindən götürülməsi mümkün deyil. Çünki, rəsmi Tehran hələlik Qərb və ABŞ-la münasibətdə pozuculuq işi aparır və qüvvələrin ona qarşı irəli sürdüyü şərtlərlə razılaşmayan tərəf imicini nümayiş etdirir. Belə olan təqdirdə nəinki embarqo götürüləcək, hətta bu amil İrana başqa təzyiq göstərmək yollarının açılmasına rəvac verəcək" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00